RU

Çin İranı belə razı salıb O mesaj birbaşa Müctəba Xameneiyə çatdırılıb

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ ilə İran arasında əldə olunan atəşkəs razılaşmasının arxasında Çinin həlledici rol oynadığı bildirilir.

Məlumata görə, Pekin rəhbərliyi İranın yeni lideri Müctəba Xameneiyə neft alışını dayandırmaq hədəsi ilə təzyiq göstərərək Tehranın razılıq verməsinə təsir edib.

ABŞ Prezidenti Donald Tramp da bu iddiaları dolayısı ilə təsdiqləyib. O, "AFP"-yə açıqlamasında Çin lideri Si Cinpinin roluna münasibət bildirərək “Bəli, belə olduğunu eşitdim” deyib.

"The New York Times" qəzetinin İranlı rəsmilərə istinadən yaydığı xəbərdə də bildirilir ki,  ABŞ-nin İranın enerji infrastrukturu və neft terminallarını hədəfə alma təhdidinin müddəti bitmək üzrə olarkən, Çin ən güclü rıçağını işə salıb.

İran neftinin əsas alıcısı olan Çin Tehrana xəbərdarlıq edib ki, əgər buna razılıq göstərilməzsə, ölkənin iqtisadi “can damarı” kəsilə bilər. Bu mesajın birbaşa Müctəba Xameneiyə çatdırıldığı bildirilir. Məlumata görə, Çin diplomatları İran tərəfi ilə əlaqəyə keçərək müharibənin davam edəcəyi təqdirdə neft alışını dayandıra biləcəklərini bildirib. 

İddialara əsasən, İran rəhbərliyi ilkin mərhələdə atəşkəsə isti yanaşmasa da, Pekindən gələn son təzyiqlər nəticəsində Pakistanın vasitəçilik etdiyi təklifi qəbul etmək məcburiyyətində qalıb.

"The Washington Post" və "The Wall Street Journal" qəzetlərinin analizlərinə görə, Çinin bu prosesdə fəal olması təsadüfi deyil.

Çin İran neftinin təxminən 90 faizini alır və Hörmüz boğazında mümkün bağlanma qlobal enerji bazarlarını ciddi sarsıda bilərdi. Bu səbəbdən Pekin qiymətlərin artmasının qarşısını almaq üçün Tehrana maksimum təzyiq göstərib. 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
azpolitika.info

1Источники