RU

İranda “Şahed” dronları istehsal edən bütün müəssisələr vurulub

İranda ümumilikdə 13 mindən çox, o cümlədən 4 min dinamik hədəf vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, İranın Havadan Müdafiə sistemlərinin 80 faizi, 2000-dən çox komanda və logistika mərkəzi məhv edilib, 450-dən çox ballistik raket anbarı, 800 kamikadze dron anbarı vurulub.

    “150 gəmi, eyni zamanda, SEPAH-ın kiçik hücum qayıqlarının yarısı dənizin dibindədir. İranın dəniz minalarına qarşı 700-dən çox hücum həyata keçirilib və onların 95%-i məhv edilib”, - Den Keyn vurğulayıb.

    O əlavə edib ki, İranda “Şahed” dronları istehsal edən bütün müəssisələr vurulub.

    Избранный
    1
    4
    bakivaxti.az

    5Источники