RU

Aktyor: “Elə şeylər var ki, onu etməyə gücüm yetməyib”

Aktyor Azər Axşam  yaşadığı gərgin anları dilə gətirib.

Adalet.az bildirir ki, aktyor çox zaman dostlarında dəstək görmədiyini söyləyib:

“Həyatımda çox çətin anlar yaşamışam. Çox vaxt da bu çətinliklə tək  mübarizə aparmışam. Elə şeylər var ki, onu etməyə gücüm yetməyib. Həyat əlbəttə, mübarizədir. Amma sənin yanında sənə dəstək olanlar olanda daha çox yaşamaq həvəsin artır. Bu olmayanda isə çox çətin olur. Mən həmişə yalnız  Allaha sığınmışam. Çünki hər çətinliyin sonunu asan edən odur. 
Alınmayan işlərimə görə, itirdiyim dostlara görə təəssüf etməmişəmş Bu bir qismətdir deyib, keçmişəm”.

Əntiqə

 

Избранный
2
1
adalet.az

2Источники