RU

İrana silah satan bütün ölkələr cəzalandırılacaq – Tramp

“ABŞ İrana silah göndərən istənilən ölkəyə qarşı dərhal sərt iqtisadi tədbirlər görəcək”.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz sosial media hesabında məlumat verib.

Ağ Ev rəhbəri açıqlayıb ki, belə ölkələrin ABŞ-a göndərdiyi bütün məhsullara dərhal 50 faiz gömrük rüsumu tətbiq olunacaq:

“İrana hərbi silah ixrac edən ölkənin ABŞ-a göndərdiyi bütün mallar dərhal 50 faiz gömrük rüsumuna tabe olacaq. Burada heç bir istisna və güzəşt nəzərdə tutulmayacaq!”/Globalinfo.az

Избранный
6
1
turkustan.az

2Источники