RU

Müctəba Xamenei ABŞ-la danışıqlarda necə rol oynayıb? - Gizli danışıqlar ORTAYA ÇIXDI

ABŞ və İran arasında aparılan gizli danışıqlarla bağlı diqqətçəkən məlumat yayılıb.

 

“Axios” nəşrinin məlumatına görə, İranın yeni ali lideri Müctəba Xamenei vasitəçilər üzərindən ABŞ-la danışıqlarda iştirak edib və mümkün razılaşmaya razılıq verib.

 

Bildirilir ki, ona qarşı sui-qəsd təhlükəsi səbəbindən qərarlar birbaşa deyil, kuryerlər vasitəsilə ötürülüb.

 

Mənbələrin iddiasına əsasən, danışıqlarda əsas rolu İranın xarici işlər naziri Abbas Əraqçi oynayıb. O, həm ABŞ tərəfi ilə müzakirələri aparıb, həm də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərini razılaşmanı qəbul etməyə inandıra bilib.

 

Qeyd olunur ki, Çin də Tehrana böhrandan çıxış yolu tapmaq üçün təzyiq göstərən tərəflərdən biri olub.

 

Məlumata görə, qəbul edilən bütün qərarlar şəxsən Xamenei tərəfindən təsdiqlənib və onun razılığı olmadan hər hansı razılaşmanın əldə olunması mümkün sayılmır.

 

Konkret.az

Tarix: 8 Aprel 2026, 16:26   
Избранный
1
1
pravda.az

2Источники