RU

“Qarabağ”ın müdafiəçisi “Liverpul”un qapıçısına bu məlumatı çatdırdı, nə hədiyyə aldı?

“Qarabağ”ın braziliyalı müdafiəçisi Dani Bolt ölkəsində “Lance” nəşrinə maraqlı müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda “Liverpul”la oyunda (6:0) ingilislərin qapıçısı Alisson Bekkerlə arasında yaşananlardan danışıb.

Bolt Alissonun ona imzalı forma verdiyini deyib: “Alissonla söhbət etdim, çünki qardaşı Muriellə “Fluminense”də birlikdə oynamışdım.

Fasilədə danışdıq, qardaşı ilə birgə oynadığımı dedim. O da mənə imzalı formasını verdi. Ona təşəkkür etdim”.

Избранный
6
sportinfo.az

1Источники