RU

NATO ölkələrindən biri Ukraynanın gələcəkdə Alyansa üzvlüyünü dəstəklədi

Ukrayna gələcəkdə NATO-ya qoşulmaq hüququnu özündə saxlamalıdır.

HİT.az xəbər verir ki, Estoniya xarici işlər naziri Marqus Tsahkna bunu Azadlıq Radiosuna verdiyi müsahibədə bildirib.

"Tramp hazırda Ukraynanın NATO-ya qoşulmasını dəstəkləmədiyini açıq şəkildə bildirib. Lakin bu seçim gələcək üçün açıq qalmalıdır. Bunu Putin diktə edə bilməz", dseyə Tsahkna deyib.

O əlavə edib ki, Kiyev artıq regionun təhlükəsizlik məsələlərində əhəmiyyətli rol oynayır. Xüsusilə, "uzun illər döyüş təcrübəsi olan təxminən bir milyon hərbi qulluqçunun" olması, eləcə də "sürətlə böyüyən müdafiə sənayesinin güclü innovasiyaları və imkanları" sayəsində. Bu fonda o, qeyd etdi ki, Ukrayna NATO-ya qoşulmaqla təkcə Alyansdan zəmanət almayacaq, həm də Avropanın təhlükəsizliyinə öz töhfəsini verəcək.

"Əgər sülh əldə edilərsə, Rusiya qüvvələri NATO sərhədlərinə yerləşdirməzdən əvvəl diqqətlə düşünməli olacaq, çünki Ukrayna bu təhlükəsizlik sisteminin bir hissəsi olacaq. Ukrayna artıq azadlıq uğrunda mübarizəyə hazır olduğunu nümayiş etdirib", deyə Tsaxna əlavə edib.

Samir
 

Избранный
4
hit.az

1Источники