RU

Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

“Azercell Telekom” MMC “SAP S/4HANA” platformasına əsaslanan genişmiqyaslı transformasiya layihəsini uğurla başa çatdırıb. Bu təşəbbüs şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı şirkətin əməliyyat proseslərinin daha effektiv təşkilinə şərait yaradır.

“NTT DATA Business Solutions” və “SAP” kimi qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu transformasiyanın nəticəsində maliyyə, satınalma, logistika və insan resursları üzrə əsas biznes prosesləri vahid platformaya inteqrasiya olunub. Bu yanaşma məlumatların real vaxt rejimində emalını təmin etməklə yanaşı idarəetmədə operativliyi artırır və qərarvermə proseslərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.

Eyni zamanda, “SAP Ariba” platformasının tətbiqi satınalma proseslərində şəffaflığın artırılmasını, təchizat zəncirinin dayanıqlığının gücləndirilməsini və xərclərin daha effektiv idarə olunmasını mümkün edir.

Yeni sistem daxili nəzarət mexanizmlərini və risklərin idarə olunması imkanlarını daha da genişləndirərək şirkət daxilində məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşmasına töhfə verir.

“SAP S/4HANA” platformasına keçid Azercell-in dəyişən bazar dinamikalarına daha çevik uyğunlaşmasına, əməliyyat effektivliyini artırmasına və rəqəmsal xidmətlər bazarında uzunmüddətli rəqabət üstünlüyünü möhkəmləndirməsinə xidmət edir.

AzercellTelekomSAPS/4HANAtransformasiyarəqəmsalinkişafəməliyyatprosesləriNTTDATABusinessSolutionsSAPəməkdaşlıqmaliyyəsatınalmalogistikainsanresurslarıbiznesproseslərivahidplatformarealvaxtemalıidarəetməoperativlikqərarverməSAPAribaşəffaflıqtəchizatzənciridayanıqlılıqxərclərinidarəolunmasıdaxilinəzarətriski̇darəolunmasıməlumatəsaslıqərarverməçevikuyğunlaşmaəməliyateffektivliyirəqəmsalxidmətlərrəqabətüstünlüyü
Избранный
1
9
marja.az

10Источники