RU

“Nizami” stansiyasının yeni çıxışı olacaq

Bakı. Trend:

2030-cu ilə qədər bənövşəyi xətt üzrə “Nizami” stansiyasınaparalel yerləşəcək B5 stansiyasının tikintisi başa çatdıqdan sonrastansiyaya yeni keçid təmin olunacaq.

Trend xəbər verir ki, bunu bu gün “Bakı Metropoliteni” QSC-ninTikinti Layihələrinin İdarəolunması departamentinin rəis müaviniMəmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, metronun “Nizami” stansiyasının yalnız birçıxışı var, yəni, eskalatorların təmiri üçün alternativ çıxışyoxdur. “Nizami” dərinözüllü stansiya hesab edilir.

“B5 və “Nizami” stansiyası bir-birinə yaxın, eyni ərazidəyerləşən iki stansiyadır. B5 Mərkəzi Parkın altında yerləşəcək.Oradan “Nizami” stansiyasına keçid olacaq. Bununla da gələcəkdəmetronun “Nizami” stansiyasında eskalatorların dəyişi zamanıstansiyanı bütövlükdə bağlamağa ehtiyac qalmayacaq. Sərnişinləralternativ yolla Mərkəzi Park ərazisinə sərbəst çıxış edəbiləcəklər”. - deyə o bildirib.

Məqalədə:
Избранный
21
8
az.trend.az

10Источники