RU

İsrail atəşkəsə razılaşıb, ancaq... Livana zərbələri davam etdirir

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrail ordusu İrana qarşı həyata keçirilən hərbi əməliyyatların dayandırıldığını açıqlayıb. Bu qərar İran hakimiyyəti və ABŞ Prezidenti Donald Trump tərəfindən 14 günlük atəşkəs elan olunmasından sonra verilib. Atəşkəsin məqsədi tərəflər arasında sülh danışıqlarına şərait yaratmaqdır.

İsrail ordusunun yaydığı məlumata görə, siyasi rəhbərliyin göstərişi ilə İrana endirilən zərbələr dayandırılıb.

İsrail tərəfi vurğulayır ki, atəşkəs İrana şamil olunsa da, Livanda əməliyyatlar davam edir.  Əməliyyatların “Hizbullah” qruplaşmasına qarşı olduğu iddia edilir. Həmçinin ölkənin cənubunda quru əməliyyatı da dayandırılmayıb.

Rəsmi Pakistan bildirib ki, atəşkəs Livanı da əhatə etməlidir. İran tərəfi də Livana təcavüzün dayandırılmasını sülh üçün əsas şərtlərdən biri kimi irəli sürür.

“Reuters” agentliyinin məlumatına görə, “Hizbullah” da İsrailin şimalına və hərbi hədəflərinə zərbələri müvəqqəti dayandırıb. Lakin bu barədə rəsmi açıqlama verilməyib və qruplaşmanın İsrailin mümkün hücumlarına necə reaksiya verəcəyi qeyri-müəyyən olaraq qalır.

14 günlük atəşkəs barədə qərar aprelin 8-nə keçən gecə elan olunub. Dünya liderləri bu addımı müsbət qiymətləndirərək uzunmüddətli sülh sazişinə nail olunmasının vacibliyini vurğulayıblar.

Məlumata görə, aprelin 10-da Islamabad şəhərində ABŞ və İran nümayəndələri arasında danışıqların keçirilməsi gözlənilir.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
azpolitika.info

1Источники