RU

"Özəl ali təhsil müəssisələrinin bir çoxundan pedaqoji ixtisasları çıxarmalıyıq" -TƏKLİF

"Özəl ali təhsil müəssisələrinin bir çoxundan pedaqoji ixtisasları çıxarmalıyıq".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev vurğuladı.

"Özəl universitetlər sırasında Xəzər Universiteti həqiqətən də pedoqoji kadrların yetişdirilməsi istiqamətində özünü doğruldub. Baxırsan ki, Xəzər Universitetində ingilis dili müəllimliyinin keçid balı Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi ixtisasının keçid balına bərabərdir. Dövlət sifarişli əsaslarla ayrılan plan yerinin böyük bir qismini də məhz Xəzər Universiteti tutur. Xəzər Universitetini çıxmaq şərtilə digər ali təhsil müəssisələrinə öz etimadını doğrultmadığına görə pedaqoji ixtisaslara yer verilməsin. Dövlət universitetlərindən Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, özəl universitetlər içərisində isə Xəzər Universiteti pedaqoji sahədə özünü doğruldandan ali təhsil müəssisələridir", - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI

Избранный
16
1
redaktor.az

2Источники