RU

İsrail atəşkəsi pozarsa, iki ölkə Tel-Əvivə qarşı hərəkətə keçəcək

ABŞ və İran çərşənbə axşamı iki həftəlik atəşkəs üçün razılığa gəlib.

Turkustan.az xəbər verir ki, İran hökuməti Hörmüz boğazını müvəqqəti olaraq açmağa razılıq verib. Razılaşma ABŞ Prezidenti Donald Trampın müəyyən etdiyi son tarixdən cəmi bir saat əvvəl yekunlaşdırılıb.

İran, daimi atəşkəs üçün 10 maddəlik plan hazırlayıb. Bu plana Hörmüz boğazında yeni nizamın yaradılması, İran müttəfiqlərinə qarşı hücumlara son qoyulması və ABŞ qoşunlarının Yaxın Şərqdən çıxarılması daxildir.

Eyni zamanda, İsrailin prosesi sabotaj edə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur, Çin və Pakistanın hücum halında Təl-Əvivə qarşı cavab tədbirləri görəcəyi iddiaları da gündəmə gətirilib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
19
1
turkustan.az

2Источники