RU

Növbəti mövsüm ÇL də İngiltərənin 5 klubu iştirak edəcək

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək

İngiltərə Premyer Liqasının 5 klubu UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə iştira edəcək.

QOL.az xəbər verir ki, bu, "Arsenal"ın ötən gecə 1/4 finaın ilk oyunları çərçivəsində "Sportinq"ə qalib gəlməsi ilə rəsmiləşib. Nəticədə İngiltərə Avropanın əsas klub yarışında əlavə 1 yer qazanıb.

Ötən mövsümdən etibarən Çempionlar Liqasının Liqa mərhələsinin 36 komandaya qədər genişləndirilməsi ilə UEFA əsasnaməsi yenilənib. Qaydalara görə, UEFA sıralamasında ən çox əmsal toplayan ölkələrin komandalarına iki əlavə yer verilir. "Arsenal"ın qələbəsi 2025/26 mövsümündə İngiltərə klublarının cari mövsümdəki ümumi xal sayı 25.013-ə çatıb. Digər yer uğrunda Almaniya və İspaniya mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
2
qol.az

3Источники