RU

Rusiya Yaponiyaya etiraz notası verdi

Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Moskvadakı səfirinə etirazını bildirib.

Bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Yaponiyanın Rusiyadakı səfiri Akira Muto nazirliyə çağırılıb və ona etiraz təqdim olunub. Etiraza səbəb isə Tokioda yerləşən "Terra Drone Corporation" şirkətinin Ukraynanın döyüş pilotsuz uçuş aparatları istehsal edən şirkəti ilə investisiya sazişi imzalaması ilə bağlı yayılan məlumatlar olub.

Zaxarova bildirib ki, bu cür addımlar ikitərəfli münasibətlərə mənfi təsir göstərir. O, həmçinin vurğulayıb ki, dövlətlərarası dialoqun real şəkildə bərpası üçün Yaponiya yalnız bəyanatlarla deyil, konkret addımlarla niyyətini nümayiş etdirməlidir.

Избранный
6
aznews.az

1Источники