Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Yaponiya səfiri Akira Mutoya Ukraynada Yaponiya ilə birgə PUA istehsalı müəssisələrinin yaradılması ilə bağlı məlumatlarla əlaqədar etiraz edilib.
Qeyd edək ki, Yaponiyanın dron istehsalçısı “Terra Drone Corporation” şirkəti Ukraynanın pilotsuz uçuş aparatı istehsalçısı “Amazing Drones” ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Rəsmi Moskva bildirib ki, Ukraynada Yaponiya ilə birgə yaradılacaq PUA zavodu Rusiya ordusunun qanuni hədəf olacaq.