RU

Şahbaz Şərif Pezeşkianla İslamabad görüşünü müzakirə edib

Pakistanın Baş naziri Şahbaz Şəriflə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, bu barədə Şahbaz Şərif özünün “X” sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, İran bu həftə sonu İslamabadda keçirilməsi planlaşdırılan sülh danışıqlarında iştirak edəcək.

"Prezident Pezeşkian İranın qarşıdan gələn danışıqlarda iştirakını təsdiqləyib və Pakistanın səylərini yüksək qiymətləndirib, eləcə də Pakistan xalqına ən xoş arzularını çatdırıb", - deyə siyasətçi bildirib.

Daşqın HəsənovMissiya.Az

Избранный
28
16
missiya.az

10Источники