RU

“Dövlət büdcəsinin gəlirləri üzrə proqnoza bu cür riayət əslində, rastlanan faktordur” İqtisadçı

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Neftimizin dünya bazarlarında satış qiyməti kəskin artır. Bu fonda dövlət büdcəsinin gəlirləri obrazlı ifadə etsək, aşıb-daşır. Bu heç də təəccüblü deyil. Həmçinin dünya bazarında qiymətin kəskin artması ilə büdcə gəlirlərinin çoxalması arasında birbaşa əlaqə yoxdur. Həqiqət bundan ibarətdir ki, yanvar-fevral ayları ərzində büdcə gəlirləri 6.3 milyard manatı ötüb keçib. Başqa sözlə, cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinin gəlirləri 6 milyard 311 milyon 500 min manat təşkil edib ki, bu da proqnozdan 58.3 milyon manat və ya 0.9 faiz çox olub”.

Bunu 525.az-a iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirib ki, ümumiyyətlə, dövlət büdcəsi gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 3 milyard 2 milyon manat təşkil edərək proqnozdan 79.5 milyon manat və ya 2.7 faiz çox, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983 min 100 manat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9.8 milyon manat artıq, Dövlət Neft Fondundan transfert isə 2 milyard 140 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra olunub:

“İlin ilk ayları ərzində dövlət büdcəsinin gəlirləri üzrə proqnoza bu cür riayət əslində, rastlanan faktordur. Ancaq, bunda bilavasitə iqtisadi artım və sair kimi amillərin hər hansı bir təsiri və rolu heç vaxt olmayıb və bu dəfə də yoxdur. Qeyd edim ki, analoji dövrlərdə dövlət büdcəsi üzrə xərclər də adətən kəsirlə yerinə yetirilir. Yanvar-fevral aylarında dövlət büdcəsi üzrə xərclər 4 milyard 803 milyon 400 min manat proqnoza qarşı 4 milyard 643 milyon 100 min manat məbləğində icra edilib ki, bu da 96.7 faiz deməkdir”.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
525.az

1Источники