Rumıniya millisinin və “Alanyaspor”un futbolçusu Yanis Haci “Qalatasaray”ın gündəmdədir.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar” yayda onu heyətinə qatmaq niyyətindədir. Haci 2027-ci ilin iyununa qədər “Alanyaspor”a məxsusdur və yaxın aylarda onunla danışıqlar gözlənilir.
Qeyd edək ki, Yanis “Qalatasaray”ın əfsanəsi Georgi Hacinin oğludur. O, karyerası ərzində “Vitorul”, “Fiorentina”, “Genk”, “Rangers”, “Alaves” klublarda oynayıb.