RU

Türkiyə XİN: Daimi sülhə gedən yol diplomatiya və qarşılıqlı etimad vasitəsilə mümkün olacaq  

Bölgədə elan edilən müvəqqəti atəşkəs qərarını məmnuniyyətlə qarşılayırıq.

Atəşkəsin tam şəkildə tətbiq olunmasının vacibliyini vurğulayır və bütün tərəflərin əldə olunmuş razılaşmaya sadiq qalacağına ümid edirik.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin mövcud vəziyyətlə bağlı açıqlamasında yer alıb.

Mətndə deyilir: “Daimi sülhə gedən yol yalnız dialoq, diplomatiya və qarşılıqlı etimad vasitəsilə mümkün olacaq. İslamabadda keçiriləcək danışıqların uğurla nəticələnməsi üçün hər cür dəstəyi verməyə davam edəcəyik. Bu prosesdə üzərinə götürdüyü öhdəliyə görə qardaş Pakistanı təbrik edir, sülhə töhfə verən bütün təşəbbüslərin davamını arzulayırıq”.

Избранный
2
2
azerbaijan-news.az

3Источники