Putinlə Orban arasındakı söhbətlə bağlı dərc olunan məqalələr Rusiya ilə Macarıstan arasında gərginliyə səbəb ola bilməz.
Rusiya Prezidenti Vladimir Putinlə Macarıstan Baş naziri Viktor Orban arasında Qərb mətbuatında dərc olunmuş söhbətin transkriptində Moskva ilə Budapeşt arasında ixtilafa səbəb ola biləcək heç bir şey yoxdur.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə aprelin 8-də açıqlama verib.
“Rusiya ilə Macarıstan arasında ixtilaf yarada biləcək heç nə yoxdur. Əksinə, bu məlumat Orbanı çox praqmatik və effektiv perspektivdən təsvir edir. O, həqiqətən də çox təsirli siyasətçi, ölkəsinin maraqlarını müdafiə edən dövlət başçısıdır. Bu material bunu nümayiş etdirir. Hətta mən bunu Orbanı dəstəkləyən məqalə kimi qəbul edərdim”, - deyə Peskov bildirib.
O əlavə edib ki, Moskva Macarıstandakı seçkilərdə Orbanın qələbəsinin qarşısını almaq üçün Avropayönlü qüvvələrin niyyətlərindən yaxşı xəbərdardır, ona görə də onlar hazırkı Macarıstan Baş nazirinə qarşı çıxan hər şeylə razılaşırlar.
QAZİLER.AZ