RU

ADY mənfəət vergisi ödəmələrini artırıb

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ötən il “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 32,4 milyon manat mənfəət vergisi ödəyib.

Globalinfo.az bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verib.

Məlumata görə, bu, əvvəlki illə müqayisədə 3,5 milyon manat və yaxud 8,4 % çoxdur.

Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 1 milyard 996,078 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
globalinfo.az

3Источники