Azərbaycan dilinin yeni Orfoqrafiya və Orfoepiya lüğətləri ayın sonuna nəşr üçün təhvil veriləcək.
Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bu barədə AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli məlumat verib.
Onun sözlərinə görə, bu gün proseslə əlaqəli iclas keçirilib:
"Gələn həftə yekun bir toplantı da keçirməliyik. Bizimlə bağlı bütün işləri görmüşük. Ayın sonuna qədər lüğətləri nəşr üçün təhvil verəcəyik. Lüğətlərin nəşr edilməsi isə artıq AMEA Rəyasət Heyətindən asılı məsələdir".
Qeyd edək ki, türkdilli respublikalar içərisində ilk dəfə Azərbaycanda süni intellektin köməyilə orfoqrafiya lüğəti hazırlanır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта