RU

Rafael Fiziyev UFC reytinqinin ilk onluğundan “sıxışdırıldı” in İCMALI

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC-nin yüngül çəki dərəcəsi üzrə reytinqinin ilk onluğunu tərk edib.

İdman.Biz xəbər verir ki, təşkilatın yenilənmiş siyahısında o, 11-ci pillədə qərarlaşıb.

Fiziyev növbəti reytinq yenilənməsindən sonra bir pillə geriləyib. Eyni zamanda braziliyalı Renato Moykanu “UFC Fight Night: Moicano vs Duncan” turnirində ikinci raundda şotlandiyalı Kris Dankanı arxadan boğma fəndi ilə məğlub edərək 9-cu sıraya yüksəlib. Qeyd edək ki, bundan əvvəl Moykanu Fiziyevlə birlikdə 10-cu pilləni bölüşürdü, lakin indi daha yuxarı qalxıb. Digər braziliyalı Maurisio Ruffi isə 9-cu yerdən 10-cu yerə geriləyib, azərbaycanlı Fiziyev isə ilk onluqdan kənarda qalıb.

Hazırda UFC-nin yüngül çəki üzrə top-10 reytinqi belədir: 1. Castin Qeyci, 2. Arman Sarukyan, 3. Çarlz Oliveyra, 4. Maks Hollouey, 5. Benua Sen-Deni, 6. Paddi Pimblett, 7. Den Hanker, 8. Mateuş Qamrot, 9. Renato Moykanu, 10. Maurisio Ruffi. Divizionun çempionu İliya Topuriyadır.

Digər azərbaycanlı yüngül çəkilərə gəlincə, nə Nazim Sadıxov, nə də Tofiq Musayev hazırda UFC-nin rəsmi top-15 siyahısına daxil deyil. Bununla belə, nüfuzlu “FightMatrix” portalının reytinqində Sadıxov 79-cu, Musayev isə 30-cu pillədə qərarlaşıb.

Musayevin göstəricilərində xüsusilə ciddi sıçrayış qeydə alınıb. O, çilili İqnasio Baxamondes üzərində qələbədən sonra reytinqdə xeyli irəliləyib. Belə ki, 2026-cı il yanvarın 1-də “FightMatrix” siyahısında 83-cü yerdə olan azərbaycanlı son yenilənmədə 30-cu pilləyə yüksəlib.

Xatırladaq ki, Tofiq Musayev son döyüşündə “UFC Fight Night: Adesanya vs. Pyfer” turnirində çilili İqnasio Baxamondesi hakimlərin yekdil qərarı ilə məğlub edib. Hər iki döyüşçü təşkilat tərəfindən 100 min dollar məbləğində bonus qazanıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
icma.az

1Источники