RU

ABŞ atəşkəsdən sonra İrana xəbərdarlıq etdi

BAKI, 8 aprel. TELEQRAF

“İran ABŞ ilə xoşniyyətli danışıqlar aparmasa, bunun bədəlini ödəyəcək”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Prezident mənə və ABŞ-nin danışıqlar qrupuna xoş niyyətlə danışıqlara başlamağı və razılaşma əldə etmədiyi tapşırıb. Əgər iranlılar xoşniyyətli danışıqlar aparmasalar, Trampın onunla oyun oynanılmamalı olduğunu görəcəklər”, - vitse-prezident qeyd edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.

ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.

Избранный
17
teleqraf.com

1Источники