RU

“Artemida II” missiyasının “Orion” gəmisi kosmik uçuşlar tarixində ən uzaq məsafəyə uçub

Bakı, 8 aprel, AZƏRTAC

NASA-nın “Artemida II” missiyasının dörd astronavtı bazar ertəsi günü özlərindən əvvəlki insanlardan daha uzaq məsafəyə uçub. Onlar kosmik bombardman altında Ay səthini aşkar edən Yerin təbii peykinin kölgəli uzaq tərəfinin şəklini şəkə biliblər.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Yer kürəsinin yeganə təbii peykinin gizli olan yarımkürəsinin altı saatlıq tədqiqatı astronavtların qaranlıq və ağır kraterli Ay səthinə düşən meteoritlərin zərbə partlayışlarını birbaşa vizual müşahidələri ilə əlamətdar olub.

NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzindəki missiya idarəetməsinin yanında yerləşən konfrans otağında “Artemida” heyətinin şahidi olduğu Ay hadisəsini real vaxt rejimində qeydə almaq üçün 24 astronom toplaşıb. Bu zaman “Orion” kosmik gəmisi təxminən SUV ölçüsündə idi və Yerdən təxminən dörddəbir milyon mil (402.000 km) məsafədə Ayın ətrafında fırlanırdı.

NASA astronavtları Yer kürəsindən əvvəl heç bir insanın edə bilmədiyi qədər uzaq - 252.756 mil məsafəyə səyahət edərək kosmik uçuş tarixinə düşüblər. Əvvəlki rekord təxminən 248.000 mil olub.

Uçuşdan sonra ABŞ Prezidenti Donald Tramp dörd ekipaj üzvünü təbrik edib: “Bu gün siz tarix yazdınız və bütün Amerikanı inanılmaz dərəcədə qürurlandırdınız. Siz, həqiqətən, bütün dünyaya ilham verdiniz”.

Избранный
15
1
azertag.az

2Источники