UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real" "Bayern"i qəbul edib. Görüş Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Publika.az xəbər verir ki, Almaniya nəhənginin hücumçusu Mişel Olise bu oyunda məhsuldar ötürmə ilə yadda qalıb. O, XXI əsrdə Avropanın top-5 liqasında çıxış edən komandalar arasında bir mövsümdə bütün turnirlər üzrə 25 assist edən ilk fransalı futbolçu olub.
Bununla o, daha əvvəl 2011/12 mövsümündə 24 assistlə rekorda sahib olan Frank Riberini geridə qoyub.
Qeyd edək ki, cavab oyunu aprelin 15-də Münhendə keçiriləcək.