Saç tökülməsinin baş vermə səbəbləri və bunu aradan qaldırmağın yolları hər kəs üçün çox maraqlıdır.
Bir çox hallarda saçların tökülməsinin səbəbi düzgün olmayan qulluqdur. Tələbat olmadan saçların tez-tez yuyulması, rənglənməsi, kimyəvi burulması, fenlə uzun müddət ərzində qurudulması və s. halları buna misal göstərmək olar. Saçlar getdikcə daha sürətlə tökülürsə, mütləq həkim-trixoloqa müraciət olunmalıdır, çünki saçların tökülməsinin səbəbi hər hansı bir daxili orqanın xəstəliyi də ola bilər. Bunun qarşısını almaq üçün, ilk növbədə, yaz və payız aylarında saçlara daha çox diqqət artırmaq lazımdır. Daxili orqanlarda çatışmazlıq varsa, mütləq bunu həll etmək lazımdır. Buna ehtiyac olmadıqda medikamentoz müalicə edilməlidir. Xanımlar ev şəraitində yaz və payız saç tökülmələrinin qarşısını almaq üçün müəyyən maskalardan istifadə edə bilərlər. Saçları yuduqdan sonra qaynadılmış soğan suyu ilə yaxalamaq tökülmənin qarşısını ala bilər. Mövsümündən asılı olaraq saçlarla problem yaşananda düzgün müalicə və qulluqla bunu aradan qaldırmaq mümkündür. Dr. Gulya Xuduyeva Dermatoloq Saglamolun.Az