RU

Cənubi Qafqazın inkişaf perspektivləri Azərbaycan Gürcüstan strateji tərəfdaşlığı kontekstində ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri zamanı aparılmış danışıqlarda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi ilə yanaşı Cənubi Qafqaz bölgəsinin gələcək inkişaf perspektivləri müzakirə edilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisinin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva məlumat verib. Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatlarından aydın olur ki, Cənubi Qafqazdakı yeni vəziyyət kontekstində region ölkələri yaranmış imkanları əldən verməməlidirlər. Dünyanın bir sıra bölgələrindən fərqli olaraq bu gün Cənubi Qafqazda hökm sürən sülh və əmin-amanlığı qoruyub-saxlamaq üçün əməkdaşlıq səyləri artırılmalıdır. Qlobal geosiyasi dəyişikliklər fonunda bu istiqamətdə fəaliyyət həm bütöv region üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də Qara Dənizin və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini və xüsusilə Orta Dəhlizin vacibliyini ön plana çıxarır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze xüsusi olaraq qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında davam edən cari sülh prosesini dəstəkləyir və lazım gələrsə, hər zaman dialoqa və sülh proseslərinə şərait yaratmağa hazırdır. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə toxunaraq əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gücləndirməsinə ehtiyac var və bu gün imzalanmış sənədlər yetərli deyil. Onun fikrincə, sülhün gücləndirilməsi üçün ən yaxşı istiqamət ticarətdir. Bu baxımdan Azərbaycanla Ermənistan arasında ticarətin bu gün məhz Gürcüstan vasitəsilə həyata keçirilməsi və bu baxımdan Gürcüstanın rolu xüsusi olaraq vurğulanıb.

“Məlum olduğu kimi, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə birgə mətbuata verdiyi bəyanatında o, Ermənistana yük daşınmalarına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını elan etdi. Ermənistana ilk yük daşıması 2025-ci il noyabrın 5-də həyata keçirildi. Artıq beş aydır ki, bu istiqamətdə davam edən səylər iqtisadi, ticari və tranzit baxımından sülh prosesinin praktiki tədbiqi deməkdir”, - deyə Gülşən Paşayeva bildirib.

Deputat hazırda Cənubi Qafqaz bölgəsində enerji, nəqliyyat və logistika sahələrində bir sıra böyük layihələrin həyata keçirildiyini bildirib: “Bərpaolunan enerji sahəsində də layihələr icra olunmaqdadır. Onlardan biri də Qara Dəniz Enerji sualtı kabelinin tikintisidir. 2022-ci ilin dekabrında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanın bərpaolunan enerji resurslarını Gürcüstan və Rumıniya vasitəsilə Avropa enerji şəbəkəsi ilə birləşdirilməsini nəzərdə tutulur. Bu olduqca strateji bir layihədir və enerji mənbələrinin şaxələndirilməsinə və rəqəmsal infrastrukturun inkişafına töhfə verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
azertag.az

2Источники