RU

Elçin Məsiyev eyni epizodlarda fərqli qərar verib VİDEO

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ötən gün Misli Premyer Liqasının 26-cı turunda keçirilən “Zirə” – “Şamaxı” (1:1) matçında baş hakim Elçin Məsiyev iki eyni epizodda fərqli qərar qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, matçın 6-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Brahim Konate şamaxılıların üzvü Andrey Tirkoveanuya qarşı kobudluq etsə də, referi qırmızı vərəqə göstərməyib. 

E.Məsiyev matçın 53-cü dəqiqəsində “Şamaxı”nın üzvü Dioqo Balaunun Konateyə qarşı eyni kobudluğuna isə “qırmızı” çıxarıb. 

Maraqlıdır ki, hakimlərin eyni epizodlarda müxtəlif qərarlar verməsinin arxasında nə durur. 

Burada “Zirə”yə qarşı hər hansı güzəştdən söhbət gedə bilməz. Görünən odur ki, azərbaycanlı referilər epizodları analiz etməkdə çətinlik çəkir və ya istədikləri kimi qərarlar verirlər. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
cebheinfo.az

2Источники