RU

Qanundan xəbəri olmayan sürücü hamıya təhlükə yaratdı VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü digər hərəkət iştirakçılarına təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 25-də paytaxtın Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, 77-PY-242 qeydiyyat nişanlı “BAİC” markalı avtomobilin sürücüsü svetoforun əlavə bölməsi üzrə hərəkət edərkən yolu keçməkdə olan piyadaya yol verməyib. Videodan da aydın görünür ki, həmin anda piyadalar üçün yaşıl işıq yanır.

Sürücü daha sonra sağa dönərkən svetoforun əsas bölməsi üzrə hərəkət edən avtomobillərin qarşısına çıxaraq onların hərəkətinə də təhlükə yaradıb.

“Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinə əsasən, svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölmədə yanan ox işarəsi istiqamətində hərəkət edən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
avtosfer.az

1Источники