"Vaşinqton razılaşma əldə edə bilməsə, İrana qarşı hərbi əməliyyatlara çox asanlıqla qayıdacaq".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Sky News"-a bildirib.
Tramp qeyd edib ki, hazırkı danışıqlarda irəliləyiş var və İranda iddia edilən maksimalist tələblərin əslində çox hissəsi artıq razılaşdırılıb.
"Əgər razılaşma yaxşı olmazsa, biz çox asanlıqla geri dönəcəyik", – Tramp vurğulayıb.
"Cebheinfo.az"