RU

ABŞ heç bir məqsədinə nail olmadı

“ABŞ strateji məqsədlərindən heç birinə nail olmayıb və Pakistanın vasitəçilik etdiyi atəşkəs yalnız müvəqqəti və taktiki xarakter daşıyır”.

Bu fikri Publika.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirdi.

Onun sözlərinə görə, ABŞ-ın əldə etdiyi tək şey atəşkəs müqabilində Hörmüz boğazının yenidən açılmasıdır:

“Lakin bu, bütün hərbi kampaniya baxımından strateji məqsəd sayılmır, çünki Hörmüz boğazı ABŞ və İsrail İrana hücum etməzdən əvvəl də tam işlək vəziyyətdə idi. Ümumiyyətlə, ABŞ-ın strateji məqsədlərinin nə olduğu belə aydın deyil, çünki prezident Donald Tramp günbəgün, hətta eyni gün ərzində dəyişən müxtəlif məqsədlər səsləndirir”.

Избранный
15
publika.az

1Источники