RU

Türkiyə gübrə tədarükü ilə bağlı Mərakeş və Əlcəzairlə danışıqlar aparır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ankara, 8 aprel, AZƏRTAC

Hörmüz boğazı ətrafındakı böhran fonunda Türkiyə gübrə təchizatı ilə bağlı Mərakeş və Əlcəzairlə danışıqlara başlayıb.

AZƏRTAC “Milliyet” qəzetinə istinadla xəbər verir ki, gübrələr Türkiyə üçün büdcə xərclərinin əsas hissəsi olaraq qalır.

Materialda qeyd olunub: “Türkiyənin hazırda gübrə ehtiyatları ilə bağlı heç bir problemi olmasa da, Ankara Yaxın Şərqdə davam edən qeyri-sabitlik fonunda kənd təsərrüfatı sektorunda böhranın qarşısını almaq üçün tədbirlər görür. Bu vəziyyət artıq qlobal gübrə bazarının təxminən 40 faiz daralmasına səbəb olub”. Qəzet Türkiyənin Rusiyadan gübrə tədarük etdiyini də xatırladıb.

Nəşrin məlumatına görə, ölkənin gübrə ehtiyacı ildə 7 milyon ton olaraq qiymətləndirilir ki, bunun 5 milyon tonu idxal olunur.

Türkiyə fermerlərinin payıza qədər kifayət qədər gübrə ehtiyatı olmalıdır.

Daxili bazarda artan qiymətləri tarazlaşdırmaq üçün hökumət artıq müxtəlif tədbirlər həyata keçirib. Xüsusilə, gübrə ixracı dayandırılıb, habelə müəyyən növ mineral və üzvi gübrələrin idxalına gömrük rüsumları ləğv edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
2
azertag.az

3Источники