RU

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatında yığıncaq keçirilib.

Tədbirdə YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, aparatın məsləhətçisi Sərdar Xıdırov, Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri Abbas Tağıyev və digər partiya üzvləri iştirak ediblər.

Natiqlər çıxışlarında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, işğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma və abadlıq işlərindən, həmçinin Azərbaycanın Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi rolundan geniş bəhs ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
yeniazerbaycan.com

1Источники