RU

"Atəşkəsə riayət edirik, amma..." - İsrail ordusu

Siyasi iyerarxiyanın təlimatlarına uyğun olaraq, İsrail ordusu İranla münaqişə çərçivəsində atəşkəsə riayət edib, amma yüksək müdafiə hazırlığındadır.

"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusu ABŞ və İslam Respublikası arasında müvəqqəti atəşkəs elan edildikdən sonra açıqlayıb. 

Qeyd olunub ki, ordu atəşkəsin hər hansı bir pozulmasına cavab verməyə hazırdır. 

İsrail ordusu həmçinin ötən gecə ərzində İrandakı buraxılış məntəqələrinə və buraxılış qurğularına genişmiqyaslı zərbələr endirdiyini bəyan edib: "Qırıcı təyyarələr onlarla buraxılış məntəqəsini hədəfə alıb və İsrailə yönəlmiş daha böyük ballistik raket hücumunu dayandırıb".

Ağarza Elçinoğlu

Избранный
29
23
unikal.az

10Источники