Bizim media saytına istinadən ain.az xəbər verir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonunun Məmmədbəyli kəndininin ərsəyə gəlməsinə dair videoçarx təqdim edib.Qurumdan Bizim.Media-ya bildirilib ki, müasir yanaşma, dayanıqlı inkişaf prinsipləri ilə qurulan bu yaşayış məntəqəsi artıq yeni həyatın simvoluna çevrilib.Kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beş otaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb.Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. Köçürülən ailələrin, evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.