RU

Sabah hava necə olacaq?

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumataəsasən, şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəzolunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununayüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəziyerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdəyağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, doludüşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşamyağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-18° isti,dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

Xəbər yenilənəcək

Məqalədə:
Избранный
8
49
az.trend.az

10Источники