RU

Baş nazir: Gürcüstan Dəmir Yollarının ötürmə qabiliyyəti ikiqat artırılacaq

Tbilisi, 8 aprel, AZƏRTAC

Gürcüstan hökuməti dəmir yolu sektorunda genişmiqyaslı modernizasiya planı həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bu günkü iclasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan Dəmir Yolları 2026–2028-ci illəri əhatə edən inkişaf planı çərçivəsində ciddi yenilənmə mərhələsinə qədəm qoyacaq.

Hazırlannış plan çərçivəsində 50 yeni lokomotiv və 1500 yeni vaqon alınacaq, eyni zamanda müasir dəmir yolu sistemləri tətbiq ediləcək, əlavə xətlər çəkiləcək. Bu addımlar əməliyyat proseslərini optimallaşdıracaq və ən əsası, dəmir yollarının ötürmə qabiliyyətini iki dəfə artıracaq.

Baş nazir əlavə edib ki, sərnişin daşımalarında da ciddi artım gözlənilir. Belə ki, yaxın illərdə illik sərnişin sayı 2 milyondan 5 milyona çatdırılacaq.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Избранный
20
1
azertag.az

2Источники