RU

İran Parlamentinin sədri ABŞ ilə danışıqlar aparacaq nümayəndə heyətinin rəhbəri təyin edilib

Bakı, 8 aprel, AZƏRTAC

İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf cümə günü İslamabadda ABŞ ilə danışıqlar aparacaq nümayəndə heyətinin rəhbəri təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Birləşmiş Ştatların nümayəndə heyətinə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens rəhbərlik edəcək.

Çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp İranla ikihəftəlik qarşılıqlı atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib. Pakistanın Baş naziri Şahbaz Şərifin təklifi əsasında razılaşdırılan atəşkəs, həmçinin Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açacağını ehtiva edir. Tehranın məlumatına görə, ABŞ İranın irəli sürdüyü 10 bəndlik şərti qəbul edib. Bütün mübahisələrin həlli ilə bağlı yekun razılaşma üçün İran və ABŞ nümayəndələri aprelin 10-da İslamabadda bir araya gələcək.

Избранный
16
2
azertag.az

3Источники