RU

ABŞ İran atəşkəsi: Neft ucuzlaşır, qızıl bahalaşa bilər

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, ABŞ və İran arasında açıqlanan atəşkəsdən sonra neftin qiyməti 100 dollardan aşağı düşüb. Azərbaycan nefti 1 ABŞ dolları və ya 0,71% azalaraq 140,68 ABŞ dolları olub.

İqtisadçı Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında bildirib ki, hazırda qızılın qiymətinin artacağı gözlənilir:

"Razılaşma davamlı xarakter alar və sülhə çevrilərsə, neftin qiyməti enməyə davam edəcək. Amma tərəflər yenidən münaqişəyə başlasa, neftin qiymətləri yenidən qalxacaq. Qızıl qiyməti qeyri-müəyyənliklərdən qidalanır. İndiki müharibədə neftin qiymətinin kəskin qalxması qızılın qiymətini düşürdü. Ona görə də neftin qiymətinin düşməsiylə qızıl bahalaşacaq. Burada geosiyasi risklər də vacib məqamdır. Qızılın qiymətinin bahalaşması üçün neftin qiymətləri düşməli, geoitik risklər yüksəlməlidir”.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
azxeber.com

1Источники