RU

İran Hörmüz boğazından keçən gəmilərdən ildə 64 milyard dollar qazana bilər - KİV

“İran Hörmüz boğazından keçən gəmilərə tarif tətbiq edərsə, ildə 64 milyard dollar gəlir əldə edə bilər”.

Missiya.Az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti “IRIB”in siyasi informasiya şöbəsinin rəhbəri Həsən Abedini məlumat verib.

"Məsələn, keçən il boğazdan 32 min gəminin keçdiyini və hər birindən 2 milyon dollar tutulduğunu nəzərə alsaq, bu, təxminən 64 milyard dollara bərabər olacaq", - deyə o bildirib.

Qeyd edək ki, İranın Hörmüz boğazı üzərində nəzarəti Tehranın təqdim etdiyi və ABŞ ilə sülh danışıqlarının əsasını təşkil edən 10 maddəlik planda təsbit olunub.

Daşqın HəsənovMissiya.Az

Избранный
34
missiya.az

1Источники