RU

30 illik SİRR: İki qızı öldürüb yandıran şəxs Dağıstanda YAXALANDI

Dağıstanda 30 il əvvəl iki qızı öldürüb yandıran şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

1995-ci ildə Orenburq vilayətində törədilmiş dəhşətli cinayətin üstü açılıb. Həmin il bir gənc iki rəfiqəni meşəliyə apararaq onları böyük məbləğdə pulunu oğurlamaqda günahlandırıb.

Daha sonra o, hər iki qızı baş nahiyəsindən vuraraq qətlə yetirib, cəsədlərini isə yandırıb.

Cinayəti törətdikdən sonra həmin şəxs Dağıstana qaçaraq orada özünə yeni həyat qurub.

Polis əməkdaşları otuz üç il ərzində onu axtarsalar da, nəhayət aprelin 3-də Dağıstanda izini taparaq saxlayıblar.

İndi cinayətkarı uzun illər əvvəl törətdiyi vəhşiliyə görə məsuliyyət gözləyir.

Xuraman Etibarlı

İnterpress.az


Избранный
5
interpress.az

1Источники