RU

Azərbaycan XİN-dən ABŞ-İran atəşkəsinə reaksiya - alqışlayırıq...



Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan olunmuş atəşkəslə bağlı bəyanat yayıb.

Bəynaatda bildirilir:

Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.

Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndiririk.

Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.

Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.

Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır.

ZÜMRÜD

Избранный
15
47
baki-xeber.com

10Источники