RU

ABŞ İranla bağlı əsas hərbi məqsədlərinə nail olub - Ağ Ev

ABŞ əvvəlcədən 4-6 həftə müddətinə planlaşdırılan əməliyyat çərçivəsində İranda qarşıya qoyulan əsas hərbi məqsədlərə 38 gün ərzində nail olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

"'Epic Fury" əməliyyatının əvvəlindən etibarən Prezident Tramp onun dörd-altı həftə davam edəcəyini nəzərdə tuturdu. Hərbçilərimizin möhtəşəm uğurları sayəsində biz 38 gün ərzində əsas hərbi məqsədlərimizə nail olduq və hətta onları üstələdik", - o, "X" platformasında yazıb.

Livitt qeyd edib ki, ABŞ-nin hərbi uğurları Vaşinqtona əlavə təsir rıçaqları qazandırıb və diplomatik həll yoluna, eləcə də uzunmüddətli sülhün bərqərar olmasına yol açacaq danışıqlara başlamağa imkan verib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
41
olaylar.az

10Источники