RU

Fermada qadına təcavüz edən çobana hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirləndirilən Aqil Bəşirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 7 il müddətə azadlıqdan məhrum edilib.

Ittihama görə, hadisə 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək Ağstafa rayonu, Ceyrançöl ot-qışlaq sahəsində yerləşən fermaların birində qeydə alınıb.

Belə ki, Aqil Bəşirov həmin fermada yaşayan, 1991-ci il təvəllüdlü, məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən əqli geriliklə əlaqədar öz hərəkətlərinin mənasını və ona qarşı törədilənləri dərk etmək və onları şüurlu idarə etmək, həmçinin psixi vəziyyəti ilə əlaqədar olaraq baş verənlərlə bağlı ifadə verə bilmək iqtidarında olmayan qadını – R.R.-i dəfələrlə zorlayıb.

Məhkəmədə Aqil Bəşirov Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib./pravda.az/

Избранный
1
3
nocomment.az

4Источники