RU

İstiqlalçı deputat bu gün dəfn olunacaq


Dünən vəfat edən Azərbaycanın Baş prokurorunun sabiq birinci müavini, keçmiş deputat Mətləb Mütəllimli bu gün dəfn olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, M.Mütəllimli 20 may 1949-cu ildə Yardımlı rayonunun Horavar kəndində doğulub. O, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı (1991-1995) və Milli Məclisinin I çağırış deputatı (1995-2000) olub.
Mətləb Mütəllimli istiqlalçı millət vəkillərindəndir. O, 7 mart 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilərkən buna qarşı çıxan 43 deputatdan biri olub.
Mətləb Mütəllimli 1994-cü ilin avqust ayında Sosial Ədalət Partiyasını təsis edib və 22 iyun 2023-cü ilədək, təşkilat ləğv edilənə qədər partiyay sədrlik edib.

Murad Məmmədov
Избранный
20
yeniavaz.com

1Источники