RU

Azərbaycanda beş nəfər restoranda ZƏHƏRLƏNDİ: İkisi bacıdır, vəziyyətləri orta ağırdır

ain.az, Oxu.az saytına istinadən bildirir.

Şirvan şəhərində qidadan zəhərlənən şəxslərdən dördünün qohum olduğu müəyyənləşib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə onlardan ikisi bacı, iki nəfər onların yaxın qohumu, daha bir nəfər isə tanışlarıdır.

Onlar xəstəxanaya ayrı-ayrı vaxtlarda müraciət ediblər.

10:57

Şirvan şəhərində qidadan zəhərlənən şəxslərin son vəziyyəti məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 16:00-da zəhərlənmə şübhəsi ilə beş nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vuğulanır.

09:48

Şirvanda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün şəhər ərazisində fəaliyyət göstərən "Pizza Time" restoranında baş verib.

Belə ki, həmin iaşə obyektində qidalanan altı nəfərin göbələkdən zəhərlənmə səbəbi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyəti nəzarət altındadır.

Təfərrüatla bağlı aidiyyəti üzrə sorğu verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
oxu.az

2Источники