RU

Azərbaycan nümayəndə heyəti Afrika Şəhərsalma Forumunda iştirak edir

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevinrəhbərlik etdiyi nümayəndə heyəti Nayrobi şəhərində keçirilənİkinci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edir.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Keniya Hökumətinin evsahibliyi və Afrika İttifaqının dəstəyi ilə keçirilən Forum 10aprel tarixinədək davam edəcək.

Bildirilib ki, builki Forum “Hər kəs üçün layiqli mənzil:Gündəlik 2063-ün həyata keçirilməsi istiqamətində sosial-iqtisadivə ekoloji transformasiyanın təşviqi” mövzusuna həsr olunub. Tədbirşəhərsalma və şəhərlərin davamlı inkişafı sahəsində regionun əsasmüzakirə platformalarından biri hesab olunur.

Nümayəndə heyətinin Forum çərçivəsində yüksək səviyyəligörüşlərdə və sessiyalarda iştirakı planlaşdırılır. Forumungündəliyinə uyğun olaraq ölkəmizin nümayəndə heyətinin rəhbəri AnarQuliyev BMT-nin Məskunlaşma Proqramı Assambleyasının “Hər kəs üçünmünasib mənzil” qətnaməsi üzrə 2025–2026-cı illər üçünHökumətlərarası İşçi Qrupun həmsədri qismində məruzə ilə çıxışedəcək.

Keniyaya səfər çərçivəsində Komitə sədri digər ölkələrinnümayəndə heyətlərinin rəhbərləri və beynəlxalq təşkilatlarınnümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirəcək. Bu görüşlərzamanı aktual məsələlərlə yanaşı, Bakı şəhərində cari ilin 17-22may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cüsessiyasına (WUF13) hazırlıq barədə də məlumat veriləcək. Eynizamanda, Afrika regionunun media nümayəndələri üçün ayrıca brifinqvə tədbirin keçirildiyi məkanda WUF13-ün sərgi guşəsi təşkilolunacaq.

Tədbirdə Azərbaycan Respublikasının Keniya Respublikasındafövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobi şəhərindəkibölməsində daimi nümayəndəsi Sultan Hacıyev, Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədriAygün Əliyeva, Azərbaycan Respublikası PrezidentininAdministrasiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsininnümayəndələri iştirak edirlər.

Избранный
25
6
az.trend.az

7Источники