RU

Kompani "Bayern"in "Real Madrid" üzərində qələbəsini şərh etdi

"Bayern Münhen"in baş məşqçisi Vinsent Kompani Çempionlar Liqasının 1/4 finalının ilk oyununda "Real Madrid" üzərində qazandıqları qələbədən (2:1) danışıb.

Fanat.Az xəbər verir ki, BBC belçikalı mütəxəssisin fikirlərini belə çatdırıb: 

"Sözsüz ki, xoşbəxtik. Buradakı istənilən qələbə yaxşı nəticədir. Son 15 dəqiqədə "Santyaqo Bernabeu" dəyişir - əsl mübarizəyə hazır olmalıydıq. "Allianz Arena"da da eyni atmosferi yarada bilərik. Bunu səbirsizliklə gözləyirik.

Bizim də fürsətlərimiz var idi, istifadə etməli idik. Ümid edirəm ki, evdə qol vuracağıq. Yenidən qalib gələ bilməməyimiz üçün heç bir səbəb görmürəm. 

Diqqət mərkəzində mən deyiləm - hər şeyə qərar verən oyunçulardır. Sadəcə, ara-sıra onlara bir neçə söz deməyə çalışıram, oynadığım zamanlarda da belə edirdim. Amma futbol futbolçunun oyunudur.

Əhval-ruhiyyəmizi qorumaq vacibdir. Onlar bizə "dişlərini" göstərəcəklər. "Real" xüsusi komandadır, amma biz də beləyik. Bu kimi oyunlarda özünəinamlı və tələbkar olmaq vacibdir. Bu, futboldur - nə baş verəcəyini heç vaxt bilmək olmaz".

Qeyd edək ki, 1:2 nəticələnən matçda "Real Madrid"dən Kilian Mbappe 74-cü dəqiqədə, "Bayern"dən isə Luis Dias və Harri Keyn müvafiq olaraq 41-ci və 46-cı dəqiqələrdə qol vurublar.
Cavab oyunu aprelin 15-də Münhendə keçiriləcək.

Избранный
6
1
fanat.az

2Источники