RU

İsrail Trampın atəşkəs qərarından narazıdır?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail mətbuatına danışan yüksək səviyyəli israilli bir rəsmi bildirib ki, ABŞ ilə İran arasında əldə olunan və İsraili də əhatə edən müvəqqəti atəşkəs qərarı barədə yalnız son anda məlumat alıblar.

"Cebheinfo.az" xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, adı açıqlanmayan israilli rəsmi ABŞ ilə İran arasında 2 həftəlik atəşkəs qərarının onları təəccübləndirdiyini deyib.

“Trampın qərarı bizi təəccübləndirdi. Hər şeyin yekunlaşdığı düşünülən son anda yeni məlumatlar aldıq”, - deyə rəsmi bildirib. Bununla yanaşı, İsrailin atəşkəsə sadiq qaldığını da vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tam açılması şərti ilə İranla iki həftəlik qarşılıqlı atəşkəsi qəbul etdiyini açıqlamışdı.

İran rəhbərliyi isə ABŞ və İsraillə müharibəni dayandırmaq üçün Pakistanda aparılacaq danışıqların 15 günlük atəşkəs müddətində yekunlaşdırılmasını hədəflədiyini bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə Trampın İranla bağlı elan etdiyi 2 həftəlik atəşkəsi dəstəklədiklərini, lakin bunun Livanı əhatə etmədiyini iddia edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
cebheinfo.az

2Источники